
Portuqaliyalı mütəxəssis Paulo Fonseka Fransanın “Lill” klubunun baş məşqçi postunu tərk edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Fonsekanı klubla iki illik müqavilə imzalayan 57 yaşlı fransız Bruno Genesio əvəz edəcək. Bundan əvvəl məşqçi Fransanın “Renn” və “Lion” klublarında çalışaraq, sonuncuları Avropa Liqasının yarımfinalına çıxarıb.
Qeyd edək ki, Fonseka 2022-ci ilin yayından “Lill”i çalışdırır. O, müqavilə müddəti başa çatdığı üçün klubu tərk edir. Ötən mövsüm 51 yaşlı portuqaliyalının rəhbərlik etdiyi Fransa komandası 34 turdan sonra 59 xal toplayaraq Fransa çempionatında dördüncü yeri tutub.
Tətbiqimizi yükləyə bilərsiniz