
ABŞ Prezidenti Co Bayden Çin Prezidenti Si Cinpini Rusiya Prezidenti Vladimir Putinlə səhv salıb. Fox Business buna diqqət çəkdi.
Yeniavaz.com xəbər verir ki, hadisə ölkə başçısının Çinə yeni rüsumlar tətbiq etmək barədə danışanda baş verib.
“Time” jurnalına verdiyi müsahibədə Bayden bildirib ki, əksər iqtisadçılar tariflərin Amerika istehlakçıları üçün qiymətləri artıracağı ilə razılaşsa da, yeni elan edilmiş tariflərin Çinlə ticarət əlaqələrinə təsir etməyəcək:
“Xeyr, çünki məsələ bundadır. Bir fərq var. Mən əvvəldən Putinə başa saldım ki, - biz iştirak etmirik... Məsələn, Donald Tramp hər şeyə 10% rüsum tətbiq etmək, Amerikada hər şeyə qiymətləri qaldırmaq istəyir”.
Nəşr müsahibə stenoqramına qeyd edib ki, Bayden öz bəyanatında Putinə deyil, Si Cinpini nəzərdə tutub.