
“Mayın 15-də sui-qəsdə məruz qalan Slovakiya Baş naziri Robert Fitsonun səhhəti yaxşılaşır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Slovak radiosu respublikanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyaka istinadla məlumat yayıb.
“Cənab Baş nazirin səhhəti yaxşılaşır”, - deyə Kalinyak bildirib.
Onun sözlərinə görə, Fitso evdə müalicə alır və tibbi reabilitasiyadan keçir.
Qeyd edək ki, Slovakiya parlamentinin sədr müavini Lyuboş Blaxa daha əvvəl Fitsonun tezliklə Çinə rəsmi səfər edəcəyi barədə fikir bildirmişdi. Slovakiya mediası da öz növbəsində Baş nazirin respublikada iyunun 8-nə təyin edilmiş Avropa Parlamentinə seçkilər ərəfəsində sui-qəsd cəhdindən sonra ilk dəfə həmvətənləri qarşısında çıxış edəcəyini irəli sürmüşdü.