“Real Madrid” yeni mövsüm üçün formasını təqdim etdi


“Real Madrid” rəsmi saytında 2024/25 mövsümü üçün ev formasının fotolarını dərc edib.
Yeniavaz.com
xəbər verir ki, texniki sponsor Almaniyanın “Adidas” şirkəti olub.
Dəst qara əlavələrlə ənənəvi ağ rənglərdə hazırlanıb.
Qeyd edək ki, “Los Blankos” 2023/24 mövsümünü Çempionlar Liqasında qələbə ilə başa vurub. İyunun 1-də baş tutan final matçında Madrid “Real”ı Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib. Klub eyni zamanda kataloniyalı “Barselona”nı on xal qabaqlayaraq İspaniya çempionu olub.

DİGƏR XƏBƏRLƏR

Top