Kadırov bacısı oğlunu nəqliyyat naziri təyin etdi


Adam Çerxiqov Çeçenistanın yeni nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalı vasitəsilə məlumat yayıb.
“Adam Çerxiqov Ramzan Çerxiqovun yerinə Çeçenistan Respublikasının nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri təyin edilib”, - Kadırov bildirib.
“Gənc yaşına baxmayaraq, o, rəhbər vəzifələrdə böyük təcrübəyə və nazirliyin qarşısında duran vəzifələrin operativ və səmərəli icrası üçün zəruri peşəkar bacarıqlara malikdir. Əminəm ki, Adam ona göstərilən etimadı tam doğruldacaq”, - Çeçenistan rəhbəri yazıb.
Adam Çerxiqovun neçə yaşı olduğu qeyd olunmayıb.
Qeyd edək ki, Adam Çerxiqovun atası Ramzan Çerxiqov Ramzan Kadırovun böyük bacısı Zərgan Kadırovanın həyat yoldaşıdır. Adam Çerxiqovun qardaşı İdris Çerxiqov isə 2017-ci ildən Çeçenistan Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinə rəhbərlik edir.
Adam Çerxiqov nəqliyyat naziri təyin olunana qədər faktiki olaraq Əhməd-hacı Kadırov adına fonda rəhbərlik edib.
Xatırladaq ki, Ramzan Kadırovun ailəsinin digər üzvləri də hökumətdə yüksək vəzifələr tuturlar.

DİGƏR XƏBƏRLƏR

Top