Baydenin psixoloji vəziyyəti pisləşir – Faktlar nə deyir?


ABŞ Prezidenti Co Baydenin bağlı qapılar arxasındakı vəziyyəti pisləşmə əlamətləri göstərir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti son 7 ayda prezidentlə işləmiş 45-dən çox həmsöhbətin müşahidələrinə əsaslanaraq məlumat yayıb.
Məlumata görə, o, bəzən enerjili olur, bəzən isə bunun tam əksi baş verir. Bəzi hallarda isə təfərrüatları bilmədiyini göstərir və qeydlərə əsaslanaraq anlaşılmaz bəyanatlar verir. Çətinliklə eşidiləcək şəkildə danışır, işarələrdın və qeydlərdən istifadə edir.
Nəşr qeyd edir ki, karyerasının böyük hissəsində Bayden bacarıqlı natiq və hüquqşünas kimi şöhrət qazanıb. Bununla belə, son bir ildə həmkarlarının onun peşəkarlığı ilə bağlı fikirləri xeyli pisləşib.
Belə ki, bu ilin yanvar ayında konqres liderləri ilə Ukraynaya yardım barədə görüşdə Baydenin həmsöhbətləri onun qeydlərdən istifadə edərək çıxış etdiyini, ancaq buna baxmayaraq, nə dediyini başa düşmək mümkün olmadığını bildiriblər. Onlar həmçinin Baydenin danşarkən uzun fasilələr verdiyini və uzun müddət gözlərini yumduğunu bildiriblər. Nəticədə, onlar Baydenin yatıb-yatmadığını müəyyən etməkdə çətinlik çəkdiklərini etiraf ediblər.
Digər tərəfdən. Bayden qanunvericilərlə də nəzərəçarpacaq dərəcədə daha az görüşməyə başlayıb. Prezidentlinyiin ilk ilində, hətta koronavirus məhdudiyyətlərinə baxmayaraq, o, qanunvericilərlə 30-dan çox görüş keçirib. Bu rəqəm onun prezidentliyinin ikinci ilində təqribən 24-ə, üçüncü ilində isə təqribən on nəfərə düşüb.
ABŞ tarixinin ən yaşlı prezidenti olan Bayden tez-tez siyasi opponentlərinə onun idrak qabiliyyətinə şübhə etmək üçün səbəblər verir. Belə ki, o, ictimai çıxışlarında mütəmadi olaraq kobud səhvlərə yol verir.
Respublikaçılar isə bundan Baydenin effektiv rəhbərlik qabiliyyətinə şübhə etmək üçün seçki kampaniyasında fəal istifadə edirlər. Məsələn, Tramp dəfələrlə Baydeni birlikdə koqnitiv testlər keçirməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top