Ali Koç Mourinyoya ödəniləcək məbləği açıqladı


“Fənərbağça” prezidenti Ali Koç Joze Mourinyoya ödəniləcək məbləği açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə Halk TV-yə danışıb.
Ali Koç Joze Mourinyonun və bütün komandasının illik xərcinin 12 milyon avro olduğunu bildirib.
“Əziz Yıldırım Mourinyoya illik 15 milyon avro təklif edirdi. Mourinyo və komandası ilə ildə cəmi 12 milyon avroya razılaşdıq. Bu, Joze Mourinyonun layihələrimizə nə qədər inandığının sübutudur”, - Ali Koç bildirib.
Qeyd edək ki, dünyanın ən yaxşı məşqçilərindən hesab olunan Mourinyo bir müddət əvvəl Türkiyə Superliqasının nəhəngi ilə 2 illik müqavilə bağlayıb.

DİGƏR XƏBƏRLƏR

Top