“Moskva İrəvanla Bakı arasında barışığı dəstəkləməyə hazırdır” – Qaluzin


“Moskva İrəvanla Bakı arasında barışığı dəstəkləməyə hazır olduğunu təsdiqləyir”.
Yeniavaz.com
xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Nazir müavini bildirib ki, Rusiya tərəfi Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması məqsədilə keçirilən görüşünü müsbət qiymətləndirir.
“Bu, tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi”, - deyə Qaluzin qeyd edib.
O, həmçinin  vurğulayıb ki, Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında İrəvan və Bakı arasında sülh danışıqlarına ev sahibliyi edib.
“Biz Rusiyanın iki qardaş xalqının barışmasına hərtərəfli dəstək verməyə, regiondakı bütün ölkələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həll yollarının axtarışını təşviq etməyə hazırıq”, - deyə nazir müavini əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top