İşğaldan azad olunan rayonlarda nə qədər muzdlu işçi var? – Siyahı


Bu ilin aprel ayının 1-nə olan son məlumata görə, Azərbaycanda 1 milyon 748 min 887 nəfər muzdlu işçi (əmək müqaviləsi ilə işləyənlər) olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin əvvəlindən ötən 3 ay ərzində muzdlu işçilərin sayı 7 min 48 nəfər artıb.
Dövlət sektorunda işləyən muzdlu işçilərin sayı ilin ilk 3 ayında 654 nəfər artaraq 899 min 112 nəfərdən 899 min 766 nəfərə yüksəlib.
Özəl sektorda işləyən muzdlu işçilərin sayı isə ilin ilk 3 ayında 6 min 394 nəfər artaraq 842 min 727 nəfərdən 849 min 121 nəfərə çatıb.
Bu ilin aprel ayının 1-nə işğaldan azad olunan rayonlarda muzdlu işçilərin sayı və son 3 ayda onların sayındakı dəyişiklik aşağıdakı kimi olub:
Xankəndi – 15 (15 nəfər atıb)
Ağdərə – 82 (82 nəfər artıb)
Ağdam – 12 868  (242 nəfər azalıb)
Füzuli – 9 229 (172 nəfər azalıb)
Xocalı – 1 186 (1 nəfər artıb)
Xocavənd – 1 448 (4 nəfər artıb)
Şuşa – 2 442 (5 nəfər azalıb)
Cəbrayıl – 3 249 (265 nəfər artıb)
Kəlbəcər – 6 420 (247 nəfər artıb)
Qubadlı – 2 646 (113 nəfər artıb)
Laçın – 7 879 (1 514 nəfər artıb)
Zəngilan – 2 176 (301 nəfər artıb)

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top