Sloveniya da Fələstini tanıdı


Sloveniya parlamenti Fələstini müstəqil dövlət kimi tanıyıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Sloveniya hökuməti “X” sosial media platformasında məlumat yayıb.
Məlumata görə, çərşənbə axşamı Sloveniya parlamenti daha üç Avropa ölkəsinin son qərarlarından sonra bu addımın lehinə səs verərək, Fələstini tanıyan növbəti Aİ ölkəsi olub.
Ötən həftə Sloveniya hökuməti Fələstinin tanınması təklifini bəyənib və qərarın qüvvəyə minməsi üçün parlamentə göndərib.
Çərşənbə axşamı səsvermədə iştirak edən 53 deputatdan 52-si qərarın lehinə səs verib. 90 yerlik parlamentdə digər deputatlar səsvermədə iştirak etməyiblər.
Qeyd edək ki, bir neçə gün əvvəl Fələstin dövləti İspaniya, Norveç və İrlandiya tərəfindən tanınıb. Əvvəllər Aİ-nin 27 üzvündən yalnız 7-si Fələstin dövlətini rəsmən tanıyıb.
Xatırladaq ki, bu günə qədər Fələstin dövləti dünyanın 140-dan çox ölkəsi tərəfindən tanınıb.

DİGƏR XƏBƏRLƏR

Top