Bayden Fransaya gedir


ABŞ Prezidenti Co Bayden Fransaya dövlət səfərinə gedir.
Yeniavaz.com
xəbər verir ki, o, burada Müttəfiqlərin Normandiyada desant əməliyyatının 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək, habelə Prezident Emmanuel Makronla Ukraynaya əlavə yardım məsələsi də daxil olmaqla danışıqlar aparmaq niyyətindədir.
Cümə axşamı Amerika lideri Parisdən Normandiyaya gedəcək və orada II Dünya Müharibəsi veteranları, o cümlədən Normandiya əməliyyatında iştirak edənlərlə görüşəcək. O, həmçinin, Normandiya əməliyyatının 80 illiyi münasibətilə keçiriləcək mərasimdə çıxış edəcək.
Qeyd edək ki, Rusiya Normandiyadakı tədbirlərə dəvət almayıb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, Fransanın Rusiyanı tədbirə dəvət etməməsi ilə bağlı qəbul etdiyi qərarda Vaşinqton administrasiyası iştirak etməyib. Lakin o, Vaşinqtonun buna necə baxdığına aydınlıq gətirməkdən imtina edib.
Xatırladaq ki, İkinci Dünya Müharibəsi zamanı 1944-cü ilin iyununda Müttəfiqlərin Normandiyada desant əməliyyatının anma mərasimləri iyunun 6-dan 8-dək Normandiya və Brettanidə keçiriləcək. Ən böyük tədbir iyunun 6-da Omaxa çimərliyində keçiriləcək və orada Bayden və Britaniya kralı III Çarlz da daxil olmaqla 25 dövlət və hökumət başçısı iştirak edəcək.
Kirbi Fransada Ukrayna Prezidenti Volodimir Zelenski ilə Amerika lideri Co Bayden arasında görüşün mümkünlüyünü də istisna etməyib.

DİGƏR XƏBƏRLƏR

Top