Moskvada xüsusi təyinatlılar Navalnının xatirə gecəsini pozdu


Moskvada loftlardan birində keçirilən mərhum siyasətçi Aleksey Navalnının xatirə gecəsi polis tərəfindən pozulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “OVD-İnfo” hüquq müdafiə təşkilatı və “Sota” nəşri məlumat yayıb.
Bildirilir ki, Navalnının doğum gününə həsr olunmuş görüş Elektrozavodskayadakı loftda baş tutub. “Sübh” partiyasının gənclər təşkilatının üzvləri oraya toplaşıblar. Onlar Berlində keçirilən “Salam, bu Navalnıdır” konsertinin yayımına baxıblar. Nəşr iddia edir ki, hökumətyönlü SERB hərəkatının fəalları görüş iştirakçıları barədə polisə məlumat veriblər.
Yayılan görüntülərdə üzləri maskalarla gizlənən xüsusi təyinatlıların binaya necə yaxınlaşdığı göstərilib.
Tədbir iştirakçılarından birinin tanışının verdiyi məlumata görə, içəridə 30 nəfər olan zaman polislər məkanı basıblar. Polis bütün iştirakçıları məkanda saxlayaraq çantalarını və vəsiqələrini yoxlayıb, suallar verib. Daha sonra toplaşanlar sərbəst buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top