İsrail ordusu HƏMAS-a qarşı yeni əməliyyat elan etdi


İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində HƏMAS hərəkatının silahlı qanadına qarşı yeni hücum əməliyyatına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, əməliyyat Əl-Bureyc qaçqın düşərgəsi ərazisində quru və hava qüvvələri tərəfindən eyni vaxtda həyata keçirilir:
“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları havada HƏMAS-ın hədəflərinə zərbələr endirir, quruda isə piyadalar kəşfiyyat məlumatlarına əsaslanaraq hədəfli hərəkətlər edir”.
Qeyd edilir ki, İsrail qoşunları sonuncu dəfə Əl-Bureyca bölgəsində yanvar ayında əməliyyat keçirib, bundan sonra Qəzza zolağının həmin hissəsindən çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top