MDU-ya o rəhbərlik edəcək


Elm və təhsil naziri Emin Əmrullayevin 2024-cü ilin 3 iyun tarixində imzaladığı müvafiq əmrlə Mingəçevir Dövlət Universitetinə (MDU) yeni prorektor təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, əmrə əsasən, Üzeyir Ələmşah oğlu Zeynalov MDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
Nazir E.Əmrullayevin müvafiq tarixli digər əmrinə əsasən, Ü.Zeynalov MDU rektorunun vəzifəsini müvəqqəti icra edən təyin olunub.
Bu gün Ü.Zeynalovun təqdimatı olub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top