
“Opta” statistika agentliyi “Avro 2024”ün favoritlərini təqdim edib.
Yeniavaz.com xəbər verir ki, agentlik əsas favorit kimi İngiltərə yığmasını göstərib.
Belə ki, “Opta” Britaniyanın qələbəsi üçün 19,9 faiz ehtimal olduğunu bəyan edib.
Favorit üçlüyünə həmçinin, Fransa (19,1 faiz) və Almaniya (12,4 faiz) yığmaları da daxil olub.
Qeyd edək ki, “Avro 2024” iyunun 14-dən iyulun 14-ə qədər Almaniyada keçiriləcək.