Erden Timur “Qalatasaray”dan istefa verdi


Erden Timur “Qalatasaray”ın vitse-prezidenti vəzifəsindən istefa verdiyini bildirib.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, bu qərarını bu gün keçirilən mətbuat konfransında elan edib.
Erdem Timur bu qərarı çempionatın başa çatmasına 1-1,5 ay qalmış verdiyini əlavə edib.
“Bu məsələni çempionatın başa çatmasına 1-1,5 ay qalmış prezidentimizə çatdırdım. Rəhbərlikdə olmaq istəmədiyimlə bağlı xahişimi bildirdim. Çempionluq yarışı davam etdiyi üçün bunu demək mümkün deyildi. Ona görə də, klubdakı vəzifəmin davam etdiyini deməli oldum. Çempionluq sevincimizi susdurmaq istəmədim”, - deyə o bildirib.
Qeyd edək ki, 42 yaşlı Erden Timur 2022-ci ilin iyun ayından “Qalatasaray”da işləyib.

DİGƏR XƏBƏRLƏR

Top