“ABŞ Gürcüstana sanksiya tətbiq etməkdən çəkinməyəcək” – Miller


ABŞ xarici agentlər haqqında qanunla əlaqədar Gürcüstana qarşı viza məhdudiyyətlərini dərhal tətbiq edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.
“Biz (ABŞ) açıq şəkildə bildiririk ki, Gürcüstana qarşı viza sanksiyaları təqdim etməkdən çəkinməyəcəyik”, - deyə Miller bildirib.
Dövlət Departamentinin nümayəndəsi xatırladıb ki, Birləşmiş Ştatlar Tbilisinin demokratik yoldan yayınmasından və Gürcüstanda vətəndaş cəmiyyətini təhdid etməsindən son dərəcə narahatdır.
“Biz münasibətlərimizə yenidən baxılması prosesinə başlamışıq və Gürcüstan hökumətinin hərəkətlərinə cavabı nəzərdən keçirəcəyik”, - Miller əlavə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken də Vaşinqtonun Gürcüstanla əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə və məhdudlaşdırıcı viza tədbirləri tətbiq etməsinə başladığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top