
Türkiyənin Kayseri şəhərində təlim üçün qalxan təyyarə qəzaya uğrayıb.
Yeniavaz.com bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qəzada 2 pilot şəhid olub.
“Kayseri 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığımıza məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb”, - nazirliyin məlumatında qeyd edilib.
Nazirliyin məlumatına görə, axtarış-xilasetmə işlərinə başlanılıb. Təlim təyyarəsinin qəzaya uğramasının səbəbləri araşdırılır.