
Bu ilin ilk 4 ayı ərzində turizm məqsədi ilə Azərbaycana 472 min 3 nəfər xarici ölkə vətəndaşı gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 925 nəfəri və ya 0,2%-i ölkəyə dini ziyarət məqəsdi ilə gəlib.
Dini ziyarət üçün gələnlərin yarıdan çoxu – 491 nəfəri Rusiya vətəndaşı olub.
Azərbaycana dini ziyarət üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşları olub.
Rusiya – 491 nəfər
Qazaxıstan – 106 nəfər
Türkiyə – 92 nəfər
Pakistan – 49 nəfər
Gürcüstan – 37 nəfər
Birləşmiş Ərəb Əmirlikləri – 27 nəfər
Böyük Britaniya – 25 nəfər
Hindistan –20 nəfər
Səudiyyə Ərəbistanı – 19 nəfər
Ukrayna – 18 nəfər
İran – 18 nəfər
Bəhreyn – 15 nəfər
İsrail – 8 nəfər
Elnur Əli