“Türkiyə ilə münasibətlərin normallaşmasında qarşılıqlı anlaşma olub“ – Mirzoyan


Ermənistan və Türkiyə bəzi məsələlərdə qarşılıqlı anlaşma əldə ediblər.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2023-cü il büdcəsinin icrasına dair dinləmələrdə deyib.
Nazir həmçinin, İrəvanın razılaşmaların yerlərdə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
“Biz Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsində bir sıra məsələlərdə geniş qarşılıqlı anlaşmaya malikik”, - nazir qeyd edib.
Mirzoyan, həmçinin əlavə edib ki, Türkiyə ilə çox sağlam dialoq var.
Qeyd edək ki, 2021-ci ilin dekabrında Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətini açıqlayıb və Yerevanla Ankara bu iş üçün xüsusi nümayəndələr təyin edib. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə yüklərin, birbaşa hava daşımalarının həyata keçirilməsi və nəqliyyat vasitələrinin işə salınması barədə razılıq əldə olunub. 2023-cü ilin yanvarında Ankara İrəvana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top