Çempionlar Liqasının ən yaxşı oyunçusu məlum oldu


“Real Madrid”in hücumçusu Vinisius Junior 2023/2024 mövsümü üçün UEFA Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, son Çempionlar Liqasında braziliyalı 10 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Vinisius “Real Madrid”lə birlikdə finalda Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlib və turnirin qalibi olub.
Qeyd edək ki, Vinisius “Real Madrid”ə 2018-ci ilin iyulunda “Flamenqo”dan keçib. Transfer məbləği 45 milyon avro olub.
Bu mövsüm Vinisius 39 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.
Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar qiyməti 150 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top