
Tanınmış türkiyəli aktrisa Fatma Karanfil dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun meneceri sosial media vasitəsilə məlumat yayıb.
Bildirilib ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, gənc yaşlarından səhnədə olan Fatma Karanfil Türkiyədə, eləcə də ölkəmizdə daha çox Halit Ziya Uşaklıgilin eyniadlı əsəri əsasında çəkilən və 2008-2010-cu illərdə yayımlanan “Aşk-ı Memnu” serialındakı Şayeste obrazı ilə tanınıb.
Tətbiqimizi yükləyə bilərsiniz