
Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetində təhsil haqqı xərclərindən azad olunacaqlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar aşağıdakılardır:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
2. İbtidai sinif müəllimliyi
3. Riyaziyyat müəllimliyi
4. Xarici dil müəllimliyi (ingilis dili)
5. Hüquqşünaslıq
6. Beynəlxalq münasibətlər
7. Maliyyə
8. Mühasibat