
ABŞ-də “Toyota” şirkəti 102 min “Tundra” pikap və “Lexus LX” ərazi avtomobillərini qəfil dayanma təhlükəsi ilə əlaqədar geri çağırır.
Yeniavaz.com “Carbuzz” portalına istinadla xəbər verir ki, bu barədə “Toyota” şirkəti məlumat yayıb.
Məlumata görə, problem emal zamanı meydana gələn qalıqlardan təmizlənməmiş 3,4 turbomühərriklərinə aiddir. Bu qalıqlar mühərrikin detonasiyasına, həmçinin, qeyri-sabit işləməsinə və güc itirməsinə səbəb ola bilər. Ancaq şirkət bu baş verdiyi təqdirdə baş verəcək qəza və ya qəzalar haqqında məlumat verməyib.
Geri çağırılmaya 2022 və 2023-cü illərdə istehsal edilən avtomobillər daxildir. İstehsalçı 2024-cü ilin iyul ayından etibarən potensial problemli avtomobillərin sahibləri ilə əlaqə saxlayacaq.