Tramp nüvə silahını bəşəriyyət üçün əsas təhlükə adlandırdı


ABŞ-nin keçmiş prezidenti Donald Tramp, hazırkı dövlət başçısı Co Baydenin hesab etdiyi kimi, bəşəriyyət üçün əsas təhlükənin iqlim dəyişikliyi deyil, nüvə silahı olduğunu ifadə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerikanın ”Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp Baydenin ən böyük ekzistensial təhlükə adlandırdığı qlobal istiləşmənin yox, nüvə silahından istifadənin müzakirəyə belə ehtiyacı olmayan böyük ziyana səbəb olacağını vurğulayıb.
Sabiq prezident qeyd edib ki, bu, bütün bəşəriyyətin tamamilə məhvi olacaq.

DİGƏR XƏBƏRLƏR

Top