
Parisdə Eyfel qülləsinə giriş biletlərinin qiyməti iyunun 17-dən artacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Eyfel qülləsi, təmir xərclərini kompensasiya etmək və maliyyə itkilərini ödəmək üçün bilet qiymətlərini 20% artıracaq.
Telekanalın qeyd etdiyi kimi, qüllənin ən hündür nöqtəsinə liftlə qalxan böyüklər üçün bilet 29,4 avro əvəzinə 35,3 avroya başa gələcək. 12-14 yaş arası uşaqlar üçün eyni biletin qiyməti 17,7 avro, 4-11 yaşlı uşaqlar üçün isə 8,9 avro olacaq.
Klassik gəzinti (ikinci mərtəbəyə pilləkənlə çıxma) bileti isə 10 avrodan 14,20 avroya çatacaq.
Qeyd edək ki, “Societe d'Exploitation de la Tour Eiffel” (SETE) şirkətinin məlumatına görə, 2020-ci ildə Eyfel qülləsini 1,6 milyondan az insan ziyarət edib, bir əvvəlki il isə təxminən 6,2 milyon ziyarətçi olub. 2021-ci ildə isə qülləni 2,1 milyondan az insan ziyarət edib.