Bu gün Azərbaycan Kubokunda 2023/2024 mövsümünün final oyunu keçirilib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Kubokunun finalında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəlib.
Oyun Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Qurban Qurbanovun komandası ölkə kubokuna ümumilikdə 8 dəfə sahib çıxıb.
***
Qarşılaşmanın 42-ci dəqiqəsində Olavio Juninyo hesabı açıb. “Qarabağ” 1:0 hesabı ilə önə keçib.
***
İsmayıl İbrahimli 58-ci dəqiqədə hesabı bərabərləşdirib: “Qarabağ”-1: “Zirə”-1
***
Abdullah Zubir 62-ci dəqiqədə fərqlənib. “Qarabağ” hesabı 2:1 edib.