
Son 23 ildə Azərbaycanda kitabxanaların sayı 27% azalıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2006-ci ilin əvvəlində Azərbaycanda 4 min 4 kütləvi kitabxana olduğu halda, 2023-cü ilin əvvəlində 2 min 913 kitabxana olub.
Məlumat üçün onu da bildirək ki, ölkədə kütləvi kitabxanaların sayı azalsa da, kitabxanalarda işləyən işçilərin sayı 4,1% və ya 320 nəfər artıb. Belə ki, 2006-ci ilin əvvəlində kitabxana işçilərinin sayı 7 min 832 nəfər olduğu halda, 2023-cü ilin əvvəlində 8 min 152 nəfər olub.
Elnur Əli