
Hindistanda parlament seçkilərinin son günündə baş verən inanılmaz istilər səbəbindən seçki məntəqələrində azı 33 işçi həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” seçki komissiyalarının səlahiyyətli nümayəndəsinə istinadən məlumat yayıb.
Seçki komissiyası rəsmisinin sözlərinə görə, ən azı bir ştatda, Uttar Pradeşdə təxminən 33 nəfər yüksək temperaturdan ölüb. Dünyasını dəyişənlərin ailələrinə pul təzminatının veriləcəyi bildirilib.
Qeyd edək ki, Uttar Pradeş ştatının cənubundakı Chansi əyalətində şənbə günü temperatur 46,9 dərəcəyə qədər yüksəlib.
Tətbiqimizi yükləyə bilərsiniz