
İstanbulda uçan yaşayış binasının dağıntılar altında olan hər kəs çıxarılıb.
Yeniavaz.com TRT-yə istinadın xəbər verir ki, bu barədə İstanbul valiliyi açıqlama verib.
“Küçükçekmecede uçan binanın dağıntıları altında qalan sonuncu şəxs də xilas edilərək çıxardılıb. Hadisə zamanı 1 nəfər həyatını itirib, 8 nəfər yaralanıb. Hazırda dağıntılar altında heç kim qalmayıb, axtarış və xilasetmə qrupları dağıntıları dinləməyə davam edir”, - məlumatda deyilir.
***12:16
İstanbulda yaşayış binasının çökmə anının görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
İstanbul valisi Davud Gül hadisə yerinə baxış keçirib:
“Zirzəmi + 3 mərtəbəli bina uçub. 2-si ağır olmaqla 7 nəfər yaralı olaraq xilas edilib, xilasetmə işləri davam etdirilir. Daha 2 nəfərin uçqun altında olduğu bildirilir. Bina 1988-ci ildə tikilib, hələ ki, uçmasının səbəbi bilinmir”.
***10:40
İstanbulun Küçükçekmece rayonunda 3 mərtəbəli bina naməlum səbəbdən uçub.
Yeniavaz.com TRT-yə istinadən xəbər verir ki, dağıntılar altında qalanlar var.
İstanbul Valiliyi çökən bina ilə bağlı açıqlama verib:
“Saat 08.40 radələrində Küçükçekmece rayonunun Kartaltəpə məhəlləsində Belediye küçəsi ilə Geçit küçəsinin kəsişməsində yerləşən 3 mərtəbəli bina çöküb. Hadisə yerinə çoxlu sayda AFAD, axtarış-xilasetmə və təcili yardım qrupları göndərilib”.