“Ukrayna hərbi əməliyyatları davam etdirsə, məhv olacaq” – Orban


“Macarıstan hökuməti hesab edir ki, Ukraynanın hərbi əməliyyatları davam etdirmək niyyəti özünün məhvinə gətirib çıxaracaq, ona görə də hamı kimi onun da sülh danışıqlarına ehtiyacı var”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Sülhdən imtina Ukrayna üçün ölüm deməkdir” deyən Macarıstanın baş naziri atəşkəsə və Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara başlamağa çağırıb.
“Dəqiq bilirik ki, müharibənin başladığı yerdə nicat yoxdur. Müharibə səni yaxalayır, qaça bilməzsən, ondan gizlənə bilməzsən. Müharibənin yeganə antidotu sülhdür. İndi sülh bərqərar olmalıdır. Döyüş meydanında heç bir həll yolu yoxdur. Ukraynada atəşkəs barədə razılığa gəlmək lazımdır”, - Orban bildirib.

DİGƏR XƏBƏRLƏR

Top