“Crocus”dakı terror aktına görə həbs olunanların sayı bilindi


Məhkəmə Moskvada “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə ittiham olunan 18 nəfər barəsində həbs qərarı çıxarıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə iş üzrə təqsirləndirilən şəxslərin həbsi ilə bağlı Basmannı məhkəməsinin qərarında deyilir.
“Cinayət işi üzrə 20 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, 18 nəfər barəsində məhkəmə həbs qətimkan tədbiri seçilib”, – sənəddə qeyd olunur.
İttiham aktında göstərilir ki, “Crocus”a hücumdan sonra terror aktı, terror aktına hazırlıq, terror təşkilatının fəaliyyətində iştirak, silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə bir neçə cinayət işi açılıb. Bundan əlavə, müstəntiqlər müttəhimləri qadağan olunmuş “Vilayət Xorasan” təşkilatının fəaliyyətində iştirakda ittiham edirlər.
Xatırladaq ki, “Crocus City Hall” konsert zalında terror aktı bu il martın 22-də axşam saatlarında baş verib. Nəticədə 144 nəfər həlak olub, daha 551 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top