“İslami Cihad” israilli girovların hansı şərtlə geri qaytarılacağını açıqlayıb


Fələstinin “İslami Cihad” radikal qruplaşması bəyan edib ki, girov götürülən İsrail vətəndaşlarının geri qaytarılmasının  yeganə yolu İsrail qüvvələrinin Qəzza zolağından çıxarılması və orada hərbi əməliyyatların tamamilə dayandırılmasıdır.
Yeniavaz.com
xəbər verir ki, bunu İslami Cihadın hərbi qanadı olan Saraya əl-Qüds qruplaşmasının nümayəndəsi Əbu Həmzə deyib.
“İsrailin girovları qaytara bilməsinin yeganə yolu qüvvələrini Qəzzadan çıxarmaq, təcavüzə son qoymaq və İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə mübadilə müqaviləsi bağlamaqdır”, - Əbu Həmzə “Telegram” kanalında dərc etdiyi məlumatda bildirib.

DİGƏR XƏBƏRLƏR

Top