
Fransa Prezidenti Emmanuel Makron rusiyalı mərhum müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya ilə görüşüb.
Yeniavaz.com “Kommersant” nəşrinə istinadla xəbər verir ki, bu barədə Aleksey Navalnının komandası bildirib.
Məlumata görə, onlar Fransanın Rusiyada və onun hüdudlarından kənarda vətəndaş cəmiyyətinə necə kömək edə biləcəyini müzakirə ediblər.
Qeyd edək ki, fevralın 22-də Yuliya Navalnaya ABŞ Prezidenti Co Bayden, aprelin 15-də Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kemeron, mayın 28-də isə Polşanın xarici işlər naziri Radoslav Sikorski tərəfindən qəbul edilib.
“Times” jurnalı isə xanım Navalnayanı 2024-cü ilin 100 nüfuzlu adamı siyahısına daxil edib.
Tətbiqimizi yükləyə bilərsiniz