
2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 36,3 mindən çox fələstinli ölüb, 82,4 mindən çox fələstinli isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Oktyabrın 7-dən bəri İsrail təcavüzü nəticəsində 36 379 nəfər ölüb, 82 407 nəfər yaralanıb”, - məlumatda bildirilib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrail qüvvələrinin hücumları nəticəsində 95 fələstinli ölüb, 350 fələstinli yaralanıb.