Makron Ukraynaya hərbçi göndərilməsi üçün koalisiya yaradacaq


Fransa Prezidenti Emmanuel Makron Ukraynaya ölkə ordusuna təlim keçmək üçün hərbi personal göndərmək məqsədilə koalisiya yaratmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Fransa lideri koalisiya üzvlərini iyunun 6-da Normandiyada İkinci Dünya Müharibəsi zamanı müttəfiq qüvvələrin Almaniyaya qarşı desant əməliyyatının 80 illiyinə həsr olunmuş mərasimdə təqdim edə bilər.
Agentliyin mənbələrindən birinin sözlərinə görə, təlimlər əsasən minatəmizləmə və avadanlıqlara texniki qulluq proseslərini əhatə edəcək.
Qeyd edək ki, Estoniya və Litva da daxil olmaqla Baltikyanı regiondan olan NATO ölkələri artıq Ukraynaya təlimatçılar göndərməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, mayın 31-də “Le Monde” qəzeti də Makronun Ukraynaya hərbi təlimatçılar göndərmək üçün Avropa koalisiyası yaratmaq niyyətində olduğunu yazmışdı.

DİGƏR XƏBƏRLƏR

Top