Şolts Ukraynadakı münaqişədə alman əsgərlərinin iştirakını istisna edir


Almaniya kansleri Olaf Şolts Ukraynadakı münaqişədə alman əsgərlərinin iştirakını istisna edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Welt” qəzeti məlumat yayıb.
“Biz əsgərlərimizlə oraya daxil olmaq istəmirik”, - Şolts bildirib.
O deyib ki, bu, Ukraynada uçuşa qadağan zonanın yaradılması ilə bağlı ehtiyatsız təklifə də aiddir, çünki bu zaman Almaniya öz təyyarələri ilə başqa ölkənin təyyarələrini vurmaq məcburiyyətində qalacaq və bu, Rusiya ilə müharibəyə gətirib çıxaracaq.
Digər tərəfdən, Şolts bu həftə Ukraynanın Rusiyaya zərbə endirməsinə icazə verilməli olduğunu deyən Fransa Prezidenti Emmanuel Makronla görüşündə onunla mübahisəyə girməyib və Kiyevin özünü müdafiə etmək üçün qanuni haqqı olduğunu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top