Ermənistanda aksiya polislə toqquşmaya çevrilib – Yenilənib


Ermənistan polisi ölkənin Xarici İşlər Nazirliyinin qarşısında aksiya keçirən etirazçıları saxlamağa başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkədə fəaliyyət göstərən KİV-lər məlumat yayıblar.
Bildirilir ki, həmçinin nümayişçilərlə polis arasında toqquşma başlayıb.
“Vətən naminə Tavuş” etiraz hərəkatının üzvləri bundan əvvəl nazir Ararat Mirzoyanla görüş tələb ediblər. Xarici İşlər Nazirliyindən isə cavab verilib ki, hazırda onları qəbul edə bilmir və görüş üçün aşağı düşə bilmirlər.
“Telegram” kanalları yazır ki, Keşiş Baqrat Qalstanyan tərəfdarlarına Xarici İşlər Nazirliyinin binasına hücum etmək göstərişi verib.

***13:12
İrəvanın mərkəzində arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” müxalifət hərəkatının yürüş aksiyası başlayıb.
Yeniavaz.com
xəbər verir ki, yürüş yerli xəbər portalları tərəfindən onlayn yayımlanır.
“Biz Maştots prospektinə (İrəvanın mərkəzi küçəsi) gedəcəyik, hara getdiyimizi demirəm, çünki yolumuzu bilirik, amma vaxt gələcək ki, Baqramyan prospektinə (ölkə parlamentinin yerləşdiyi yer) gedəcəyik”, - Qalstanyan bildirib.
Müxalifət hərəkatının iştirakçıları aksiyaya mane olmayan polisin müşayiəti ilə yol boyu yürüşə başlayıblar.
Qeyd edək ki, dünən arxiyepiskop tərəfdarları demək olar ki, bütün günü səhər saatlarında kabinet iclasının keçirildiyi hökumət binasının yaxınlığındakı Respublika meydanında keçiriblər.
Xatırladaq ki, Ermənistanda erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyaları Bakı ilə İrəvan arasında Tavuş vilayətində sərhədin delimitasiyasına dair razılaşmanın əldə olunması xəbərindən sonra başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top