““Fənərbağça” Mourinyo ilə razılığa gəlib” – Romano


Türkiyə Superliqasının nəhənglərindən “Fənərbağça” Joze Mourinyo ilə razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Mourinyo iki illik müqavilə üçün “Fənərbağça”ya “hə” deyib.
“Müqavilə müxtəlif variantlar əlavə olunmaqla 2027-ci ilə qədər uzadıla bilər. Mourinyo Çempionlar Liqasının finalı üçün Londonda olacaq, tezliklə bütün sənədlər yoxlanılacaq və “Fənər”lə müqavilə imzalanacaq. “Fənərbağça” yaxın vaxtlarda rəsmi açıqlama yaya bilər”, - deyə jurnalist bildirib.

DİGƏR XƏBƏRLƏR

Top