
ABŞ-nin keçmiş prezidenti Donald Tramp maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı məhkəmənin hökmündən sonra özünü siyasi məhbus elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Trampın seçki kampaniyasının internet saytında məlumat verilib.
Məlumata görə, indi seçki kampaniyasının saytında deyilir: “Mən saxta məhkəmədə günahkar elan olunmuşam. Mən siyasi məhbusam”.
Siyasətçi həmçinin heç vaxt təslim olmayacağını da bəyan edib.
Keçmiş prezidentin qərargahı amerikalıları ona istənilən məbləğdə pul bağışlayaraq seçkidə qalib gəlməyə kömək etməyə dəvət edib.
Qeyd edək ki, bundan əvvəl Nyu-York məhkəməsinin münsiflər heyəti Trampı maliyyə sənədlərinin saxtalaşdırılması işində bütün 34 maddə üzrə təqsirli bilib. Siyasətçinin bu qərardan şikayət etmək hüququ var, bu, onu prezident seçkilərində iştirak etmək hüququndan məhrum etmir. İş üzrə hökm iyulun 11-də elan olunacaq. Beləliklə, Tramp ABŞ tarixində cinayət işi üzrə təqsirli bilinən ilk keçmiş prezident olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz