Slovakiyanın baş naziri evdə müalicə olunacaq – KİV


Sui-qəsd nəticəsində yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun müalicəsi Bratislavadakı evində davam etdiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Pravda” portalı məlumat yayıb.
Məlumata görə, vəziyyəti son günlər xeyli yaxşılaşan Fitso helikopterlə Bratislavaya aparılıb.
JOJ telekanalı baş nazirin Bratislavadakı evində mühafizənin xeyli gücləndirildiyini bildirib. Hökumət başçısının Banska Bistritsadakı xəstəxanadan evə köçürülməsi onun təkidi ilə həyata keçirilib.
Qeyd edək ki, “Markiza” telekanalı daha əvvəl Fitsonun Bratislavadakı xəstəxanaya aparıldığını bildirmiş, lakin digər Slovakiya mediası bunu təkzib etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top