
Pentaqon ABŞ Prezidenti Co Bayden administrasiyasının Ukraynaya Rusiya ərazisinə ABŞ silahları ilə zərbələr endirmək səlahiyyəti verdiyini təsdiq edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə rəsmisi məlumat yayıb.
“Prezident bu yaxınlarda öz komandasına Ukraynanın Xarkov vilayətində ABŞ-nin verdiyi silahlardan istifadə etməsini təmin etməyi tapşırıb ki, Ukrayna ona hücum edən və ya hücuma hazırlaşan Rusiya qüvvələrinə cavab verə bilsin”, - deyə ABŞ müdafiə rəsmisi bildirib.
O, həmçinin ABŞ-nin Rusiya daxilində taktiki ballistik raketlərin, ATACMS və ya uzaqmənzilli silahların istifadəsinə qadağa qoyulması ilə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını əlavə edib.
Qeyd edək ki, daha əvvəl “Politico” nəşri adı açıqlanmayan dörd şəxsə, o cümlədən iki ABŞ rəsmisinə istinadla Baydenin gizli şəkildə Ukrayna hakimiyyətinə ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verdiyini yazmışdı. Söhbətin Rusiyanın Xarkov vilayətinə qonşu olan bölgələrindən getdiyi iddia edilir.
Tətbiqimizi yükləyə bilərsiniz