Çin İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak etməyəcək – “Reuters”


Çin İsveçrədə Ukrayna üzrə keçiriləcək sülh konfransında iştirak etməyəcəyini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Onlar bildiriblər ki, Pekin təklifi rədd edib, çünki onun iştirak şərtləri, o cümlədən Rusiyanın iştirakı təmin olunmayıb.
Mənbələrin məlumatına görə, Çin bu həftə diplomatlara bildirib ki, yerinə yetirilməmiş şərtlər arasında həm Ukrayna, həm də Rusiya tərəfindən konfransın tanınması, onların orada bərabər şəkildə iştirak etməsi və bütün təkliflərin ədalətli müzakirəsi var.
Qeyd edək ki, İsveçrə hakimiyyəti iyunun 15-16-da Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır. İsveçrə hakimiyyətinin məlumatına görə, Rusiya bu görüşə dəvət olunanlar arasında yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top