Tramp 34 maliyyə saxtakarlığında təqsirli bilindi


Cümə axşamı Nyu-York məhkəməsinin münsiflər heyəti ABŞ-nin keçmiş prezidenti Donald Trampı “Trump Organisation”ın maliyyə sənədlərini saxtalaşdırmaqda günahkar bilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp bütün 34 maddə üzrə təqsirli bilinib. O, ABŞ tarixində münsiflər heyəti tərəfindən cinayətdə təqsirli bilinən ilk keçmiş prezident olub. Müzakirələri bir aydan çox müşahidə edən münsiflər heyəti mayın 29-da müzakirələrə başlayıb. Ümumilikdə onların müzakirələri 11 saata yaxın davam edib. Yeddi kişi və beş qadından ibarət münsiflər heyəti hər maddə üzrə yekdil qərara gəlməli idi.
Hakim Xuan Merçan məhkəmə iclasının iyulun 11-nə yerli vaxtla saat 10.00-a təyin edildiyini açıqlayıb. Beləliklə, iclas iyulun 15-18-də Viskonsin ştatının Miluoki şəhərində keçiriləcək Respublikaçılar Partiyasının Milli Qurultayına dörd gün qalmış baş tutacaq. Orada Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi rəsmən təsdiqlənməlidir.
Qeyd edək ki, hökm elan edildikdən sonra Tramp təqsirsiz olduğunu təkrarlayıb və hökmü “biabırçılıq” adlandırıb.
Xatırladaq ki, Tramp Kapitoliyə hücum, məxfi sənədlərin düzgün saxlanmaması və 2020-ci il ABŞ prezident seçkilərinə müdaxilə də daxil olmaqla bir sıra başqa işlərdə də itiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top