Hindistanda zəvvarları daşıyan avtobus dərəyə aşdı – 22 nəfər ölüb


Hindistanın şimalında, hindu panteonunun əsas yerlərindən biri olan Şiva məbədinin yerləşdiyi Şiv Xori bölgəsinə zəvvarları aparan avtobus dərəyə düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Bildirilir ki, naməlum səbəbdən avtobus yoldan çıxaraq dərin dərəyə aşıb.
Hadisə nəticəsində 22 nəfər ölüb, 60-a yaxın insan yaralanıb. Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıb.
Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib, həlak olanların qohumlarına 2400 dollar, xəsarət alanlara isə 600 dollar vəd edib.

DİGƏR XƏBƏRLƏR

Top