
Türkiyə hərbçilərinə “Tik-Tok” sosial şəbəkəsindən istifadə qadağan edilib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Tik-Tok”a qoyulan qadağa Türkiyə Silahlı Qüvvələrinin üzvləri ilə bağlı bir sıra qanunlara dəyişiklik edilməsini nəzərdə tutan və Türkiyə Parlamentinin Milli Müdafiə Komissiyasında təsdiqlənən qanun layihəsində yer alıb.
Bildirilir ki, “Tik-Tok”un hərbi personala təsiri və təhlükəsizlik riskləri nəzərə alınan bu qanun layihəsi Türkiyə Silahlı Qüvvələrinin rəqəmsal təhlükəsizliyini və əməliyyat bütövlüyünü təmin etməyi hədəfləyir.