Cənubi Koreya prezidentindən rəfiqəsinə görə istefası tələb olunur

On minlərlə insan Seulun mərkəzi meydanına toplaşaraq Koreya respublikasının prezidenti xanım Pak Kın Xenin istefasını tələb edir. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, polis nümayişdə təqribən 170 min nəfərin iştirak edəcəyini gözləyir, təşkilatçılar isə iddia edirlər ki, təqribən bir milyon vətəndaş toplaya biləcəklər. Aksiyanın keçirildiyi əraziyə 25 min polis cəlb edilib. Nümayişdə Cənubi Koreyanın həmkarlar ittifaqlarının nümayəndələri, müxalif partiyaların üzvləri də iştirak edirlər. Hazırda ölkə prezidentinin xalq tərəfindən dəstəklənməsi rekord səviyyədə aşağıdır – 5 faiz, onun fəaliyyətindən narazı olanlar isə 90 faiz təşkil edir. Cənubi Koreya prezidenti rəfiqəsinin iştirakı ilə baş vermiş qalmaqaldan sonra tənqid atəşinə tutulub. Prezident 40 ildən çoxdur tanış olduğu rəfiqəsi Çxve Sun Silə dövlət işlərinə qarışmağa icazə verməkdə şübhəli bilinir.

DİGƏR XƏBƏRLƏR

Top