“Ermənistandakı siyasi proseslər bu ölkənin daxili işidir” – Zaxarova


“Rusiya Ermənistandakı etirazlara öz daxili işi kimi baxır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“İrəvanda və respublikanın regionlarında baş verən etiraz aksiyaları, mitinq iştirakçılarının fikrincə tam ədalətli olmayan delimitasiyadan qaynaqlanıb. Hər bir halda, Ermənistandakı siyasi proseslər bu ölkənin daxili işidir”, - Zaxarova bildirib.
Sözcü qeyd edib ki, Rusiya Ermənistanın Azərbaycanla dövlət sərhədinin delimitasiyası üzrə praktiki mərhələnin başlanması prosesini izləyir:
“Rusiya üç ölkənin liderləri arasında üçtərəfli razılaşmalar əsasında delimitasiya üzrə tərəflərə məsləhətçi yardım göstərməyə hazır olduğunu bir daha təsdiq edir. Digər tərəfdən, Rusiya Ermənistan xalqı ilə dostluq əlaqələri inkişaf etdirməyə yönəlib”.
Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da Bakı ilə İrəvan arasında sərhədin delimitasiyasına başlanması ilə bağlı əldə olunmuş razılığın məlum olmasından sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top