Anastasiya Zavorotnyuk vəfat etdi


Tanınmış rusiyalı aktrisa Anastasiya Zavorotnyuk 53 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, aktrisaya bir neçə il əvvəl xərçəng diaqnozu qoyulub - beyin şişi.
Anastasiya Zavorotnyuk 3 aprel 1971-ci ildə Həştərxanda anadan olub.
Zavorotnyuk, ilk mövsümü 2004-cü ildə çıxan "Moya prekrasnaya nyanya" serialı sayəsində məşhurlaşıb. O, serialda baş rolu oynayıb.
Zavorotnyuk eyni zamanda televiziyada bir sıra şouların, o cümlədən STS kanalında “Yaxşı mahnılar” layihəsinin, “Rossiya 1” telekanalında “Ulduzlarla rəqs” və “Buz üzərində rəqs”in, həmçinin “Buz dövrü”nün aparıcısı olub.
2019-cu ilin ortalarından etibarən Zavorotnyuk səhnədən uzaqlaşıb. Aktrisanın ailəsi və dostları onun müalicə olunduğunu elan edib.

DİGƏR XƏBƏRLƏR

Top