
Sloveniya hökuməti Fələstinin müstəqilliyini və suverenliyini tanımaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, qərar Sloveniya Milli Assambleyasına təqdim olunacaq:
“Fələstinin tanınması iki dövlət və xalqın sülh şəraitində birgə yaşamasının yeganə yoludur. Avropa ölkələri arasında həmfikirlərin sayı artır və bu, Avropa İttifaqının münaqişənin həllində getdikcə daha fəal rol aldığının əyani əlamətidir”, - ölkənin xarici işlər naziri Tania Fayon şərhində bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz